BQP Ali Məclisinin növbəti toplantısı keçirilib

BQP Ali Məclisinin növbəti toplantısı keçirilib
# 22 dekabr 2012 15:23 (UTC +04:00)
BQP Ali Məclisinin növbəti toplantısı keçirilib
Bakı-APA. Bu gün Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıya Ali Məclisin sədri Əjdər Əliyev sədrlik edirib.
Toplantıda partiyanın Xəzər və Qusar rayon təşkilatlarının yaradıldığı elan olunub, yeni Ali Məclis üzvlərinin səlahiyyətləri təsdiqlənib. Məlumat verilib ki, bununla da partiyanın 55 rayonda şöbəsi yaranıb.
Partiya başqanı Fazil Mustafanın ictimai-siyasi vəziyyətə dair məruzəsi dinlənilib.
Daha sonra BQP-nin 2013-cü il üçün Fəaliyyət Planı layihəsi müzakirəyə çıxarılıb, əlavə və dəyişikliklərlə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR