UNESCO Komitəsində Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib

UNESCO Komitəsində Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib
# 21 dekabr 2012 13:53 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komitənin Parisdə keçirilən yeddinci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul olunub.

Sözügedən qərarda işğal edən dövlətlər tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və işğal edilmiş ərazilərə texniki missiyalarının göndərilməsi imkanı əks olunub.

Bununla yanaşı, qərara əsasən təşkilatın Katibliyi gələn il Komitəyə təqdim edilməsi üçün işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəalarının həyata keçirilməsi ilə bağlı ətraflı sənəd hazırlamalıdır.

Bu sənədin Komitədə qəbul edilməsi ilə Azərbaycan işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin daha geniş müzakirə edilməsi və müəyyən mexanizmlərinin qəbul edilməsinə bünövrə yaradıb. Qərar Ermənistan və onun dəstəkləyən bir sıra Komitə üzvləri tərəfindən etirazlarla qarşılanmasına baxmayaraq, Komitənin əksər üzvləri Azərbaycanın təşəbbüsünü bəyənib, bununla bağlı gələcək addımların atılmasını dəstəkləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR