Rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimin apellyasiya şikayəti təmin olunmayıb

Rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimin apellyasiya şikayəti təmin olunmayıb
# 25 dekabr 2012 08:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının rüşvətxorluqda təqsirləndirilən sabiq baş həkimi Oqtay Salamovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Baş Prokurorluğun cinayət işi ilə bağlı yaydığı məlumatda Səhiyyə Nazirliyinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi O. Salamovun Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün rüşvət tələb etdiyi göstərilib.

Bu il mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oqtay İsgəndər oğlu saxlanılıb. O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O. Salamov 4 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR