Suriya silahlıları ukraynalı jurnalistin edamını təxirə salıb

Suriya silahlıları ukraynalı jurnalistin edamını təxirə salıb
# 18 dekabr 2012 00:40 (UTC +04:00)

Bakı-APA. Suriya qiyamçıları bu ilin oktyabrında qaçırılmış ukraynalı jurnalist Anxar Koçnevanın edamını təxirə salıb. APA-nın xəbərinə görə, bu barədə “1+1” Ukrayna telekanalı məlumat yayıb.

Telekanalın saytında Koçnevanı qaçırmış silahlı qruplaşmanın komandiri Əbu Candalın müsahibəsi dərc olunub. Müsahibədə Əbu Candal üsyançıların jurnalist xanıma ikinci şans verdiyini qeyd edir. Bunun müqabilində Ukrayna onların tələblərini yerinə yetirməlidir. Lakin Əbu Candal tələblərin mahiyyətini açıqlamayıb.

Xatırladaq ki, Koçneva bir çox Ukrayna və Rusiya KİV-ləri ilə əməkdaşlıq edib. O Suriyada bu ilin oktyabrında oğurlanıb. Ukrayna XİN rəsmi Dəməşqi jurnalistin azad edilməsi istiqamətində daha fəal hərəkət etməyə çağırıb. Bir qədər əvvəl Koçnevanı qaçıran silahlılar onun qaytarılması müqabilində 50 milyon dollar tələb edirdilər, əks halda onun dekabrın 13-də edam ediləcəyi barədə bəyanat vermişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR