Fikrət Məmmədov: “Azərbaycanda 10 ay ərzində notariuslar tərəfindən 3,4 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib”

Fikrət Məmmədov: “Azərbaycanda 10 ay ərzində notariuslar tərəfindən 3,4 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib”
# 22 noyabr 2012 08:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu ilin 10 ayı ərzində Azərbaycanda notariuslar tərəfindən 3,4 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı 270 minə çatıb. Bu əməliyyatlar üzrə dövlət büdcəsinə 14 milyon manat vəsait köçürülüb. APA-nın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetinin bugünkü sayında dərc olunan məqaləsində qeyd edilib. Nazir ötən dövrdə, həmçinin 106 qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alındığını, 156 mətbu nəşrin reyestrə daxil edildiyini bildirib: “Bununla da, ölkədə onların sayı müvafiq olaraq 3.700-ü və 4.700-ü ötüb”.

F. Məmmədov sahibkarlığın inkişafına kömək məqsədi ilə ötən ilin mayından fəaliyyətə başlamış sahibkarıq subyektlərində keçirilən yoxlamaların vahid məlumat reyestrinə 28 yoxlayıcı orqandan 133 mindən artıq müraciət daxil olduğunu da qeyd edib: “Onların əsasında 106 min yoxlama reyestrə salınıb, qalanlardan isə məlumatların natamamlığı səbəbindən imtina edilib. Həmçinin yoxlamalar haqqında məlumatları daha çevik əldə etmək üçün xüsusi elektron telefon xidməti yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR