Sabah Azərbaycan paytaxtında yağış yağacağı gözlənilir

Sabah Azərbaycan paytaxtında yağış yağacağı gözlənilir
# 08 dekabr 2012 10:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Bazar günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 7-9, gündüz 9-11 dərəcə isti olacaq.


Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq rayonlarda yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR