DİN Bakıda saxta reseptlərlə psixotrop dərmanların satılmasını aşkarlayıb

DİN Bakıda saxta reseptlərlə psixotrop dərmanların satılmasını aşkarlayıb
# 21 noyabr 2012 10:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisindəki əczaxanaların birində, saxta reseptlərlə psixotrop dərman preparatlarının satılması müəyyən edilib. Əczaxanaya baxış zamanı 2640 həb və 370 ampula "Diazenks", 1950 həb "Ksanaks", 465 həb "Klonezapam", müddəti bitmiş 170 həb "Relanium", cəmi sənədsiz 5595 həb və ampula dərman pereparatları və saxta möhürlə təsdiq olunmuş 185 ədəd saxta resept aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR