Azərbaycanda təhsil alan xarici tələbələrin sayı azalıb

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı azalıb
# 15 noyabr 2012 08:47 (UTC +04:00)

Bu açıqlamanı APA-ya təhsil nazirinin müavini Qulu Novruzov verib. O qeyd edib ki, bunun əsas səbəbi Türkiyədən gələn tələbələrin sayının azalmasıdır: “Azərbaycana xaricdən tələbələr daha çox Türkiyədən gəlirdi. Türkiyədə isə artıq universitetlərin sayı 170-ə yaxınlaşıb, bu ölkənin ən ucqar vilayətlərində belə universitetlər yaradılıb. Türkiyə xarci vətəndaşların ali məktəblərə qəbul qaydalarında da dəyişikliklər edib və bu səlahiyyətləri universitetlərə verib. Buna görə də bu ölkədən gələn tələbələrin sayı azalıb”.

Nazir müavini xarici tələbələrin sayının azalmasının Azərbaycanda təhsil sistemində rüşvət fakltlarının olması ilə əlaqədar olması fikri ilə razılaşmayıb: “Xarici tələbələr heç vaxt belə faktlarla üzləşməyiblər. Əksinə, Azərbaycana Cənubi-Şərqi Asiyadan - Vyetnamdan, Çindən gələn tələbələrin sayında dinamik artım davam edir. Xarici tələbələr neft, tibb ixtisaslarına və linqvistik ixtisaslara daha çox üstünlük verirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR