Bakıda sürücülük vəsiqəsi olmayan şəxslərin sərnişin avtobusu idarə etməsi faktları aşkarlanıb

Bakıda sürücülük vəsiqəsi olmayan şəxslərin sərnişin avtobusu idarə etməsi faktları aşkarlanıb
# 06 dekabr 2012 14:17 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, yol polisi dekabrın 6-da Bakıda reydlər keçirib. Reydlər Zərifə Əliyeva parkının, “Azadlıq prospekti” Metrostansiyasının, Bakıxanov stansiyasının qarşısında keçirilib. Reydlərin keçirilməsində məqsəd “Yol hərəkəti haqqında” qanuna edilən əlavələrin avtobus sürücülərinə çatdırılması və avtobus sürücülərinin yol-hərəkət qaydalarına necə əməl etməsini öyrənməkdir.

Reyddə 3 avtobus sürücüsünün qanunla qadağa olunmuş yüksək tonlu səs siqnalından istifadə etməsi, 4 avtobus sürücüsünün texniki şəhadətnaməsiz, 2 şəxsin isə sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkarlanıb. Bundan başqa, 6 avtobusun texniki baxışdan keçmədən idarə olunduğu müəyyən edilib.

Reydlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR