Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb

Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb
# 28 noyabr 2012 08:33 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Ağdam istiqamətində qeydə alınıb. Ordumuzun əsgəri, 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev minaya düşərək ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin minaya düşməsi faktını təsdiqləyib.

Qeyd edək ki, M. Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR