Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
# 24 dekabr 2012 07:05 (UTC +04:00)

Bakı – APA. Dünən Gürcüstanda 5,7 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi açıqlama yayıb.

Zəlzələ episentri Qara dəniz sahillərini 46 km-də olub. Yeraltı təkanlar paytaxt Tiflisdə və hətta Rusiyanın Soçi şəhərində də hiss olunub. Tələfat və dağıntılar barədə məlumat verilmir.

ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin maqnitudası 5,8 bal təşkil edib. Gürcüstanda baş verən yeraltı təkanlar Ermənistanda da (5,4 bal) hiss olunub. Gümrü, Vanadzor və Taşir şəhərlərində 3 bal, paytaxt İrəvanda isə 2-3 bal gücündə zəlzələ qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR