«Flydubai» MDB və Şərqi Avropaya uçuşların sayını 45% artırıb

«Flydubai» MDB və Şərqi Avropaya uçuşların sayını 45% artırıb
# 22 noyabr 2012 12:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti 2011-ci ilin oktyabr ayından 2012-ci ilin sentyabr ayınadək MDB və Şərqi Avropa istiqamətində uçuşların sayını 45% artırıb.

Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Flydubai» Mərkəzi, Şimali Avropa və MDB regionunda 11 ölkə və 16 istiqamət üzrə xidmət göstərir. Yaxın Şərq hava daşıyıcıları arasında ən böyük uçuş şəbəkəsinə malik olan «Flydubai» ilk aviaşirkətdir ki, Dubaydan Belqrad, Skopye, Bişkek, Xarkov, Donetsk və Tbilisi şəhərlərinə birbaşa reyslər həyata keçirir.

«Aviaşirkətin yüksəlişi hava yollarının genişləndirilməsinə strateji yanaşması ilə bağlıdır. Donanmasını daim yeni təyyarələrlə təmin edən və hava yolu çatışmazlığı ilə üzləşən bazarlara üz tutan «Flydubai», daha çox insana əlverişli səyahət etmək imkanı yaradıb. Cari ilin sentyabr ayında ötən ilin analoji dövrü ilə müqayisədə region üzrə aylıq aviareyslərin sayı 109% artıb», - deyə aviaşirkətdən bildirilib.

Dubay beynəlxalq hava limanının məlumatına əsasən, cari ilin ilk yarısında Rusiya və MDB ölkələrindən sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% artıb. Bu, əsasən, «Flydubai» aviaşirkətinin səyləri nəticəsində mümkün olub. Aviaşirkət Azərbaycan, Gürcüstan, Qırğızıstan, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan, Ukrayna və s. ölkələr daxil olmaqla 58 müntəzəm marşrut üzrə aviareyslər həyata keçirir.

Qeyd edək ki, hazırda «Flydubai» Azərbaycanda fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR