BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ANAMA-nın direktoru ilə görüşüb

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi ANAMA-nın direktoru ilə görüşüb
# 27 noyabr 2012 14:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident-əlaqələndiricisi və BMT İnkişaf Proqramının nümayəndəsi Antonius Broek Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılovla görüşüb. Bu barədə APA-ya ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

N. İsmayılov ANAMA-nın fəaliyyəti, bu günədək həyata keçirilən layihələr, milli minatəmizləmə strategiyasının əsas meyarları, donor və partnyor təşkilatlarla əməkdaşlıq, eləcə də uzun və qısamüddətli strategiyalar barədə məlumat verib.

A. Broek agentliyin uğurlarının beynəlxalq səviyyədə əks olunduğunu və bəyənildiyini bildirərək gələcəkdə ANAMA-nın başqa ölkələr üçün yardım etməsi, öz bilik və təcrübəsini bölüşməsi üçün BMT tərəfindən lazımi şəraitin yaradılacağı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR