Türk Musiqi Araşdırma və Tətbiqi Birliyi musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış edib

Türk Musiqi Araşdırma və Tətbiqi Birliyi musiqi qrupu Bakıda konsert proqramı ilə çıxış edib
# 24 dekabr 2012 18:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bakıda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə Yeni il tədbiri keçirilib. APA-nın məlumatına görə, bu məqsədlə Türkiyədən Türk Musiqi Araşdırma və Tətbiqi Birliyi musiqi qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edib. Akademik Milli Dram Teatrında təşkil olunan konsertdə musiqiçilər səsli və instrumental türk musiqiləri, dini musiqilər, əsgər marşları, birliyin öz üslubundakı mahnılar səsləndiriblər.

Konsert proqramını Səfirlik nümayəndələri, millət vəkilləri və digər rəsmi şəxslər izləyiblər.

Qeyd edək ki, 4 xanım, 3 kişi və 10 saz ifaçısından ibarət Türk Musiqi Araşdırma və Tətbiqi Birliyinin bədii rəhbəri Murat Selim Tokaçdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR