Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarında iştirakı aktivləşdiriləcək

Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarında iştirakı aktivləşdiriləcək
# 30 noyabr 2012 13:12 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda Pensiya təminatı sisteminin islahatı Konsepsiyasının layihəsi hazırlanarkən bir sıra strateji prinsiplər və hədəflər nəzərə alınacaq. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədr müavini Elman Mehdiyev bildirib.

Qeyd edək ki, prezident İlham Əliyev Pensiya təminatı sisteminin islahatı Konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam imzalayıb.

E.Mehdiyev bildirib ki, Azərbaycanda həyata keçirilmiş sürətli islahatların nəticəsi kimi beynəlxalq standartlara cavab verən sığorta-pensiya sistemi uğurla fəaliyyət göstərir. Hazırda sistemin cari təkmilləşdirilməsi dövlət başçısı tərəfindən təsdiq edilmiş Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı (2009-2015-ci illər) çərçivəsində davam etdirilir.

E.Mehdiyevin sözlərinə görə, bütün bunlarla yanaşı sistemin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyən olunması və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılmasının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir: «Bu məqsədlə konsepsiya layihəsinin hazırlanması zamanı sığorta-pensiya sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemdəki bir sıra əlavə hüquq və imtiyazların bu prinsiplər əsasında tənzimlənməsi, bir sıra göstəricilərin, o cümlədən sosial sığorta normativlərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarının aktiv iştirakçısına çevrilməsi, könüllü sığortalanmanın təşviqi istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə alınacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR