Azərbaycan gələn il üçün yaşayış minimumunu artırıb

Azərbaycan gələn il üçün yaşayış minimumunu artırıb
# 14 dekabr 2012 14:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, qanuna əsasən, gələn il üçün Azərbaycanda yaşayış minimumu ölkə üzrə 116 manat səviyyəsində nəzərdə tutulub. Belə ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün isə 93 manat səviyyəsində təsdiqlənib.


Qeyd edək ki, «Azərbaycanda 2012-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, Azərbaycanda yaşayış minimumu ölkə üzrə 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçünsə 87 manat səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR