Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 24 dekabr 2012 08:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1978-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əhmədov Pərviz İbrahim oğlunun yanına qısa müddətli görüşə gəlmiş qonşusu Dadaşov Eldəniz Ramiz oğlunun üzərinə baxış keçirilib. Bu zaman alt paltarında gizlətdiyi 2 ədəd sellofana bükülmüş narkotik maddə olan - 5,543 qram çəkidə “Heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR