İranın Azərbaycandakı səfiri YAP-da olub

İranın Azərbaycandakı səfiri YAP-da olub
# 05 dekabr 2012 12:53 (UTC +04:00)

Bakı Aynur Qəniyeva - APA. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.

APA-nın YAP-ın saytına istinadən verdiyi məlumata görə, Möhsün Pak Ayin Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu və ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini bildirib.

Əli Əhmədov isə ölkələrimiz arasında mövcud əlaqələrin səviyyəsindən məmnun olduğunu söyləyib: “Münasibətlərin inkişaf dinamikasını artırmaq üçün təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminəm”.

Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR