Əhməd Davudoğlu: “İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ərzurumda görüşəcəklər”

Əhməd Davudoğlu: “İran, Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ərzurumda görüşəcəklər”
# 26 noyabr 2012 06:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu açıqlama verib.

Onun sözlərinə görə, Elmar Məmmədyarov və Əli Əkbər Salehi ilə görüşü noyabrın 28-də ABŞ-a səfər etməzdən öncə baş tutacaq: “Fələstinin BMT-yə etdiyi müraciətə əsasən noyabrın 29-da Nyu-Yorkda BMT Baş Assambleyasının yığıncağında iştirakımız lazım gələ bilər. Böyük ehtimalla bir neçə nazirlə birlikdə Fələstinə dəstək üçün toplantıya qatılacağıq”.

Qeyd edək ki, İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşündə əsasən regional məsələlər müzakirə ediləcək.

Bu formatda ilk görüş İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR