Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydaları"nı təsdiqləyib

Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydaları"nı təsdiqləyib
# 26 dekabr 2012 11:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi qaydaları"nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalarda mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunan texniki vasitə və avadanlıqlar, aviasiya təhlükəsizliyinin təminatı sahəsində istifadə edilən xüsusi texniki vasitələrə dair tələblər müəyyən olunub.

Bundan başqa, texniki təhlükəsizliyə və sağlamlığın qorunmasına dair tələblər də sənəddə əksini tapıb. Qaydalara əsasən aviasiya təhlükəsizliyinin təşkili zamanı rentgen qurğularından istifadə qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR