Astarada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş ümumrespublika şahmat turniri keçirilib - FOTO

Astarada Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş ümumrespublika şahmat turniri keçirilib - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 11:41 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara şəhərində Təhsil Nazirliyi Təhsil Respublika İdman Məktəbinin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə keçirdiyi ümumrespublika şahmat turnirinə yekun vurulub. APA-nın Cənub bürosunun məlumatına görə, turnirdə respublika uşaq-gənclər şahmat məktəblərinin bütün dərəcələr və yaş qrupları üzrə oğlan və qızlardan ibarət şahmatçıları iştirak edib.

“İşveçrə” sistemi üzrə keçirilən turnirdə Lənkəran şahmatçıları 5 medal qazanıblar. Onlardan Hacıəli Əhədzadə 8 yaşadək və Orxan Kərimov 12 yaşadək şahmatçılar arasında I, Nuranə Abbaszadə 14 yaşadək II, Nəzrin Mirzəzadə 12 yaşadək, Abdulla Qənbərov isə 14 yaşadək şahmatçılar arasında III yeri qazanıb.

Qaliblər Təhsil Nazirliyinin Təhsil Respublika İdman Məktəbinin medalları, diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR