Füzuli Ələkbərov: “Qeyri-leqal məşğulluq ən mühüm problemlərdən biridir”

Füzuli Ələkbərov: “Qeyri-leqal məşğulluq ən mühüm problemlərdən biridir”
# 20 noyabr 2012 09:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin 10 ayı ərzində qeyri-leqal əmək fəaliyyəti göstərən 40 min işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilib.

Nazir ölkədə qeyri-leqal məşğulluq hallarının bu gün ən mühüm problemlərdən biri olduğunu vurğulayıb: “Bu problemi aradan qaldırmaq üçün müvafiq qurumlarla məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsində bu ilin 10 ayı ərzində istehsalatda baş verən bədbəxt hadisələrin sayı azalıb”.

F. Ələkbərov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin on ayında istehsalatda baş verən bədbəxt hadisələrin sayı 217-dən 170-ə, bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı isə 83-dən 63-ə enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR