Səfir Koray Tarqay: “İnsan alveri günümüzün ən ağır insan hüquqları cinayətlərindən biridir”

Səfir Koray Tarqay: “İnsan alveri günümüzün ən ağır insan hüquqları cinayətlərindən biridir”
# 06 dekabr 2012 07:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay “İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insan alveri və məcburi əməyə qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatların iştirakı vacibdir: “Bu konfrans öz işini insan alverinin qarşısını alma, təqib etmə və insan alveri qurbanlarının müdafiəsinin təşkili istiqamətləri üzrə quracaq. Yüksək səmərəyə nail olmaq üçün buraya dördüncü prinsip - vətəndaş cəmiyyəti təşkilatları və hökumətlər arasında sıx əməkdaşlığın qurulmasını əlavə etmək lazımdır. İnsan alveri beynəlxalq məsələdir. Bu problemlə mübarizə üçün bütün ölkələr əməkdaşlıq etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR