«Dəmirbank»ın aktivləri son bir ildə 4% artıb

«Dəmirbank»ın aktivləri son bir ildə 4% artıb
# 18 dekabr 2012 12:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nın aktivlərinin həcmi 2012-ci ilin dekabrın 1-nə 374,1 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 11,3% artaraq 285,8 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi dekabrın 1-nə 155,4 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 127,8 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 30,3% çoxdur.

Bankın nizamnamə kapitalı dekabrın 1-nə 21 mln. manat, məcmu kapitalı isə 56,7 mln. manat olub.

Qeyd edək ki, «Dəmirbank» ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR