Akif Nağı İran səfiri ilə görüşdə QAT-ın bu ölkədə nümayəndəliyinin yaradılmasını təklif edib

Akif Nağı İran səfiri ilə görüşdə QAT-ın bu ölkədə nümayəndəliyinin yaradılmasını təklif edib
# 07 yanvar 2015 11:20 (UTC +04:00)

QAT-dan APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.

QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərdə qeyri-hökumət təşkilatlarının rolunun artırılması, İranda QAT-ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb.

Səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə, ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR