Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Goranboyda piyadanın ölümü ilə nəticələnən qəza baş verib
# 12 dekabr 2012 10:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Goranboy rayonunda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 11-də saat 19.00 radələrində Goranboy rayonu ərazisində, rayon sakini Pərviz Cəfərov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, yolu keçən həmyerlisi Nəriman Əliyevi vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR