Gürcüstan paytaxtında Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilən yeni tamaşa hazırlanıb

Gürcüstan paytaxtında Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilən yeni tamaşa hazırlanıb
# 13 dekabr 2012 10:15 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının aktyor kollektivi yeni tamaşa hazırlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-Vəziri-Xani-Lənkəran” komediyası əsasında hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Namiq Valehoğludur.

Tamaşa M. F. Axundzadənin 200 illiyinə həsr edilib və dekabrın 26-da oynanılacaq. Rolları teatrın azərbaycanlı aktyorları ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR