Metropolitan Muzeyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Metropolitan Muzeyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 10 dekabr 2012 07:56 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Nizami Gəncəvi Beynəlxalq Muzeyi dünyanın tanınmış Metropolitan Muzeyi ilə əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, ABŞ-a səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi əməkdaşlıq müqaviləsinin imzalanması ucun Metropolitan Muzeyində olub. Metropolitan Muzeyi artıq Nizami Gəncəvinin 870 illik tədbirləri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edib. Metropolitan Muzeyi nəinki Amerikanın, o cümlədən dünyanın ən böyük və ən məşhur muzeylərindən biri hesab olunur. Muzeydə Nizami Gəncəvinin XV-XVI əsrə aid çoxlu sayda orijinal əlyazmaları saxlanılır.

Müqavilə çərçivəsində Nizami Gəncəvinin Metropolitan Muzeyində ictimaiyyət üçün sərgiləri təşkil ediləcək, mədəniyyətə aid olan bir sıra digər önəmli layihələr reallaşdırılacaq. Səfər zamanı Nizami Gəncəvinin çox xüsusi nadir əlyazmaları qonağa təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR