«S7 Airlines» aviaşirkətinin Moskva-Bakı reysi ləngiyir

«S7 Airlines» aviaşirkətinin Moskva-Bakı reysi ləngiyir
# 29 noyabr 2012 12:11 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Hava limanından «APA-Economics»ə verilən məlumata görə, Rusiya paytaxtında ötən gün güclü qarın yağması nəticəsində bir neçə aviaşirkət tərəfindən Moskvanın əsasən «Domodedovo» aeroportundan Bakıya yerinə yetirilməli aviareyslərdə müəyyən ləngimələr yaranıb: «Buna baxmayaraq, artıq həm «Domodedovo», həm «Vnukovo», həm də «Şeremetyevo» aeroportlarından Bakıya aviareyslər yerinə yetirilir. Hazırda sözügedən marşrut üzrə yalnız bir aviareys ləngiyir ki, 3355 saylı aviareys «Sibirskiye avialinii» şirkətinə məxsusdur və aviaşirkət bu reysi saat 14:00-dək təxirə salsa da, hələlik bu aviareys üzrə uçuş yerinə yetirilməyib. Bu səbəbdən «Sibirskiye avialinii» şirkətinin 3356 saylı Bakı-Moskva aviareysinin də nə vaxt həyata keçiriləcəyi hələ müəyyənləşməyib».

Qeyd edək ki, sözügedən aviaşirkətin «Domodedovo» hava limanından cədvələ əsasən yerinə yetirilməli Moskva-Bakı aviareysi üzrə uçan təyyarə saat 15:35-də Bakıda enməli və saat 16:35-də əks istiqamətdə havaya qalxmalı idi.

Qeyd edək ki, ötən gün güclü qar yağması nəticəsində Moskvanın «Domodedovo» aeroportundan 73 aviareys, o cümlədən Sankt-Peterburq, Bakı, Minsk və Novosibirsk şəhərlərinə reyslər ləngiyib. Sonradan təyyarələrin bir hissəsi ləngimə ilə olsa da havaya qalxıb. Nəticədə, «Azərbaycan Hava Yolları» (AZAL) QSC-nin 853 saylı Moskva («Domodedovo» aeroportu)-Bakı marşrutu ilə uçan təyyarə Bakıya nəzərdə tutulduğu kimi gecə saat 02:05-də deyil, səhər saat 05:00-da enib. Artıq ləngimə aradan qaldırılıb və bu gün saat 10:40-da 852 saylı Bakı-Moskva (Domodedovo) reysi cədvəl üzrə yerinə yetirilib.

Xatırladaq ki, Moskvada dünən günortadan başlayan güclü qar yağması nəticəsində yaranmış kəskin hava şəraiti Moskvanın digər aeroportlarından da uçuşlara təsir edib – dünən «Vnukovo» aeroportundan da onlarla reys təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR