“Qax tarixi-keçmiş, müasir durumun inkişaf perspektivləri” mövzusunda elmi praktik konfrans keçirilib

“Qax tarixi-keçmiş, müasir durumun inkişaf perspektivləri” mövzusunda elmi praktik konfrans keçirilib
# 22 dekabr 2012 08:25 (UTC +04:00)

Qax. Vüqar Heydərov-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun təşəbbüsü ilə Qax rayonunda “Qax tarixi-keçmiş, müasir durumun inkişaf perspektivləri” mövzusunda elmi praktik konfrans keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, konfransda AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da iştirak edib.

Tədbirdə çıxış edən Y. Mahmudov bildirib ki, son illər Azərbaycan tarixinin daha dərindən araşdırılması və yerlərdə ictimaiyyətlə görüşərək onlara dolğun məlumatlar çatdırılması istiqamətində ölkə rəhbərliyi institut əməkdaşları qarşısında məsələ qaldırıb: “Bu mənada Tarix İnstitutunun əməkdaşları təhqiqat və araşdırmaları sırasında şimal-qərb bölgəsinə xüsusi önəm verilir. İnstitutun nəşr etdirdiyi “Şimal-Qərbi Azərbaycan”, “Şimal-qərbi Azərbaycan-İngiloylar”, “Azərbaycan və Şimali Qafqaz xalqları”, “İlisu Sultanlığı” əsərləri ilə bir daha bu bölgənin tarixi etnosuna və kimliyinə aydınlıq gətirilib”.

Y. Mahmudov rayon rəhbərliyinə, eləcə də ziyalılara müraciət edərək dünyada Azərbaycanın Dədə Qorqud diyarı kimi tanınan Qaxın tarixini rayonun bütün vətəndaşlarına, burada yaşayan azsaylı xalqların nümayəndələrinə olduğu kimi çatdırmağı tövsiyə edib. Tarixçi-alim Qaxda böyük kitab bayramı keçirildiyini qeyd edib. Bildirib ki, müasir informasiya texnologiyaları nə qədər inkişaf etsə belə insanlar kitabla maraqlanmalı, xüsusən tarixi mənbələrə istinad olunmalıdır. Yaqub Mahmudov Qaxda tarixi kitabların toplanması və geniş auditoriyaya çatdırılması məqsədilə yerli sturukturlara yaxından köməklik göstəriləcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR