Azərbaycan ərazisində sönmüş palçıq vulkanlarının 3D modeli qurulacaq

 Azərbaycan ərazisində sönmüş palçıq vulkanlarının 3D modeli qurulacaq
# 03 dekabr 2012 14:21 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu tərəfindən sönmüş palçıq vulkanlarının 3D modeli qurulacaq. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda institutun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirir. İlk olaraq sentyabr ayında Lökbatan ərazisində püskürmüş palçıq vulkanında elmi araşdırmalara başlanılıb. Araşdırmalar zamanı orada gedən geoloji proseslər, aktivlik dərəcəsi daha dəqiq ölçüləcək və seysmik aktivliyin bu vulkanlara təsiri müəyyənləşdiriləcək.

Rusiyalı mütəxəssislərin də yaxından iştirak etdiyi monitorinq Abşeron, Qobustan və Şamaxı palçıq vulkanlarını əhatə edəcək. Hazırda institutda dünya ölkələrinin palçıq vulkanlarının atlası da hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR