«Bank of Baku»nun paytaxtda yeni filialı açılıb

«Bank of Baku»nun paytaxtda yeni filialı açılıb
# 26 dekabr 2012 07:02 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC Bakı şəhəri, Babək prospekti,2269-cu məhəllə ünvanında «Babək» filialını açıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni filialın açılışı münasibətilə «Bank of Baku»nun sədr müavini Abbas İbrahimov deyib ki, «Babək» filialı insanlara daha yaxın olmaq üçün fəaliyyətə başlayır və bu strategiya davamlı olacaq.

«Önümüzdəki illərdə həm Bakı şəhərində, həm də regionlarda bir neçə iri filialın açılması nəzərdə tutulur. Bundan əlavə, «Bank of Baku» bazarda innovativ satış kanallarının tətbiqi ilə həmişə seçilib. Xüsusilə 2013-cü ildə internet bankçılıq, telefon bankçılıq, «Box’ça» layihəsi, iş yerində təhlil layihəsi kimi alternativ satış kanallarımızı da inkişaf etdirməyi və bazardakı mövqeyimizi daha da gücləndirməyi nəzərdə tuturuq», - deyə A.İbrahimov bildirib.

«Bank of Baku»nun «Babək» filialı bazar ertəsi-şənbə günləri saat 09:00-dan 17:00-dək müştərilərə bank məhsullarının bütün spektri üzrə xidmət göstərir. Fasilə 13:00-dan 14:00-a qədərdir.

«Bank of Baku»nun ölkədə baş ofisi, MXD və 18 filialı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR