“Total” şirkətinin rəsmiləri Bakı Ali Neft Məktəbində olub

“Total” şirkətinin rəsmiləri Bakı Ali Neft Məktəbində olub
# 14 noyabr 2012 10:15 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli və əməkdaşlıq xidmətləri üzrə əlaqələndiricisi Rasim Axundov Bakı Ali Neft Məktəbində (BANM) olub, burada yaradılan maddi-texniki şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Məktəbin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qonaqları qəbul edən BANM-in rektoru Elmar Qasımov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, BANM-in ARDŞ-ın strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib: “Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-ın Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaqdır”.

Görüş çərçivəsində BANM ilə “Total E&P Azərbaycan” şirkəti və Fransanın məşhur İFP Ali Məktəbi arasında əməkdaşlığın qurulması, “Total” şirkətində fəaliyyət göstərən “Professionallar Assosiasiyası” əməkdaşlarının BANM tələbələri qarşısında mühazirələrlə çıxış etməsi və bir sıra məsələlər haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR