Maliyyə naziri: «Azərbaycanın təhsil və səhiyyə sahələrində islahatlar aparılmalıdır»

Maliyyə naziri: «Azərbaycanın təhsil və səhiyyə sahələrində islahatlar aparılmalıdır»
# 15 noyabr 2012 14:32 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda şagird/müəllim və xəstə/həkim nisbəti çox aşağıdır: «Azərbaycanda hər 7-8 şagirdə 1 müəllim düşür. Halbuki Avropada hər 17-18 şagirdə 1 müəllim düşür. Bu onu göstərir ki, Azərbaycanda müəllimlərin sayı çox olduğuna görə, dərs yükü də onların arasında bölüşdürülməlidir».

Nazir bildirib ki, bu vəziyyət özünü səhiyyə sahəsində, yəni çarpayı sayının həkimlərin sayına nisbətində də göstərir: «Hesab edirəm ki, bu sahələrdə müəyyən islahatlar aparılmalıdır ki, xərclərdən daha səmərəli istifadə edilsin».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR