II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib - FOTO

II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib - FOTO
# 21 iyul 2024 18:02 (UTC +04:00)

II Qlobal Media Forumunun iştirakçıları Yuxarı Gövhər ağa məscidini ziyarət edib.

APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlara məscidin tarixi və memarlıq quruluşu barədə ətraflı informasiya verilib.

Bildirilib ki, 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra Yuxarı Gövhər ağa məscidinin interyeri və minarəsi tamamilə dağıdılıb.

Şəhərin işğaldan azad edilməsi ilə bu tarixi memarlıq abidəsində təmir-bərpa işlərinə başlanılıb.

Daha sonra bir sıra qonaqlar məsciddə namaz qılıb, dualar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR