ETSN ekoloji qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı cərimə tətbiq edib

ETSN ekoloji qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı cərimə tətbiq edib
# 05 dekabr 2012 08:28 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən noyabrın 15-dən 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 167 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 59 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 26 iş üzrə 83800 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyana görə 16 iş üzrə 4351.66 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 157 iş üzrə 29396.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 2, icra qruplarına 7, məhkəmələrə isə 1 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR