Bu il Avropa Məhkəməsinə Azərbaycandan edilən 15 şikayətlə bağlı icraat başlanıb

Bu il Avropa Məhkəməsinə Azərbaycandan edilən 15 şikayətlə bağlı icraat başlanıb
# 10 dekabr 2012 10:08 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Avropa Məhkəməsi bu ilin statistikasını yanvarın ortalarında açıqlayacaq. Azərbaycan hələ bu il olan şikayətlərin sayı barədə məlumatlı deyil”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov deyib.

“Amma bu il Azərbaycandan edilən 15 şikayətlə bağlı bizə məlumat göndərilib. Bunlarla bağlı icraat başlanıb”, - deyə Ç. Əsgərov bildirib.

Ötən il Avropa Məhkəməsinin Azərbaycanla bağlı 9 qərar qəbul etdiyini xatırladan nümayəndə bu qərarların insan hüquqlarının pozulması ilə bağlı olduğunu qeyd edib.

Qərarların icrası barədə suala cavabında Ç. Əsgərov bunları deyib: “İcra iki istiqamətdə, həm ümumi xarakterli, həm də fərdi tədbir yolu ilə həyata keçirilir. Bu günə kimi bizdə fərdi tədbirlərin icrası ilə bağlı heç bir problem olmayıb. Dövlət kompensasiyaları vaxtında ödəyib, həm də müvafiq işlər məhkəmələrə, yaxud da prokurorluq orqanlarına göndərilib. Onlar da pozulmuş hüquqların bərpası üçün fərdi tədbirlər görürlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR