Aşqabadda MDB sammiti keçirilib - FOTO

Aşqabadda MDB sammiti keçirilib - <span style="color: red;">FOTO
# 05 dekabr 2012 13:50 (UTC +04:00)

APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, toplantıda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna və Tacikistan prezident, Azərbaycan və Moldova baş nazir, Qırğızıstan isə xarici işlər naziri səviyyəsində təmsil olunur.

V. Putin çıxışında Özbəkistanın MDB çərçivəsində azad ticarət zonası haqqında müqaviləyə qoşulmaq istəyini alqışlayıb. O, müqaviləyə imza atmayan digər MDB ölkələrini də belə mövqe tutmağa çağırıb: “Ümid edirəm ki, müqaviləyə qoşulan ölkələr bu ilin sonuna kimi sənədi ratifikasiya edəcəklər. Bu ölkələr Qırğızıstan və Tacikistandır. Biz həmkarlarımızla əlaqədəyik. Belə başa düşürəm ki, orada texniki problemlər var. İş normal gedir”.

V. Putin bildirib ki, Rusiya xidmətlərin azad ticarəti haqqında sazişin hazırlanmasına başlanmasını müsbət qiymətləndirir: “Bu, bizim ukraynalı həmkarımızın təşəbbüsüdür. Hesab edirəm ki, bu təklifin həyata keçirilməsi hər ölkənin xeyrinə olacaq. Bu gün iqtisadi əlaqələrin möhkəmləndirilməsi yolunda daha bir addım atılıb. Söhbət MDB-nin inteqrasiya olunmuş valyuta bazarının təşkili sahəsində imzalanmış sazişdən gedir. Bunun praktikada həyata keçirilməsi bizim milli valyuta sahəsində kommersiya planlarımızı həyata keçirməyə və regionda stabil makroiqtisadiyyatın möhkəmlənməsinə kömək edəcək”.

Rusiya prezidenti bu addımın Gömrük İttifaqı və Vahid İqtisadi Məkanda inteqrasiya səylərinin dərinləşməsi üçün şərait yaradacağını vurğulayıb: “Biz bu inteqrasiya birliklərinə qoşulmağa arzusu olan bütün dövlətlərə dəstək verəcəyik”.

Toplantının sonunda MDB-nin hərtərəfli inkişafına dair Bəyannamə qəbul olunub. MDB-də sədrlik 1 il müddətinə Belarusa keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR