İnsan haqları üzrə pozuntu aşkarlanan məqalələrin sayı açıqlanıb

İnsan haqları üzrə pozuntu aşkarlanan məqalələrin sayı açıqlanıb
# 28 fevral 2024 10:34 (UTC +04:00)

Ötən il aparılan media monitorinqində müəyyən etdik ki, hətta tanınmış saytlar belə xəbərdə insan hüquqlarının pozulmasına yol veriblər.

APA xəbər verir ki, bunu Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitut və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media və insan hüquqları” mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, monitorinqə 17 mindən çox xəbər cəlb edilib.

İnsan haqları üzrə pozuntu nisbətinə gəldikdə, 493 məqalə təqsirsizlik prezumpsiyasının pozulması; 357 məqalə şəxsi həyata hörmət hüququnun pozulması və fərdi məlumatların icazəsiz açıqlanması; 147-si Uşaq hüquqlarının pozulması; 72-si Ayrı-seçkilik və nifrət nitqini nəzərdə tutan materialların yayımlanması, 1080-i intihar xəbərlərinin işıqlandırılmasında jurnalistlərin etik davranış qaydalarının pozulması ilə bağlı olub.

Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin baş mütəxəssisi Gülnaz Ələsgərova isə mediada gedən xəbərlərdə müəyyən olunan pozuntuların mövzularını açıqlayıb - Cinayət/bədbəxt hadisəsi üzrə 176, Yol-nəqilyyat hadisəsi üzrə 154, itkin düşmə üzrə 10, intihara cəhd üzrə 15, hərbi əsir üzrə 2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR