Azərbaycanda qarşıdakı 8 ildə orta pensiya 72% artacaq

Azərbaycanda qarşıdakı 8 ildə orta pensiya 72% artacaq
# 03 dekabr 2012 11:51 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün Bakıda keçirilən «Azərbaycan-2020: Gələcəyə baxış» konfransında çıxışında bildirib.

Fond rəhbəri bildirib ki, proqnozlara görə, 2020-ci ildə ölkə üzrə əmək pensiyaçılarının sayının ölkə üzrə 1,328 mln. nəfər olacağı gözlənilir, bu isə 2013-cü ildə gözlənilən orta saydan cəmi 49 min nəfər artıqdır. «Bu dövrdə muzdla işləyənlərin sayının 2 mln. nəfərdən artıq olacağını və fərdi qaydada işləyənlərin və torpaq pay mülkiyyətçilərinin sayının artacağını da nəzərə alanda, 2020-ci ildə bir pensiyaçıya düşən sığorta ödəyənlərin sayı 2 nəfər olacaq ki, bu da sistemin maliyyə dayanıqlığı baxımından kritik vəziyyətdən çıxarılmasına imkan verəcək», - deyə fond rəhbəri bildirib.

Yuxarıdakı göstəriciləri nəzərə alanda 2020-ci ildə DSMF-nin xərcləri 4,3 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2011-ci ilin göstəricisindən 1,6 dəfə artıqdır. Bu, 2020-ci ildə pensiyaların orta məbləğinin 325 dollara çatmasına və ya orta aylıq əmək haqqının 38-40%-i səviyyəsində saxlanmasına imkan verəcək.

Qeyd edək ki, 2012-ci il oktyabrın 1-nə ölkədə əmək pensiyalarının orta məbləği 151,2 manat təşkil edib. Hesablamalara görə, 2020-ci ildə DSMF-nin xərclərinin strukturunda sosial sığorta haqlarının xüsusi çəkisi indiki 58%-dən 73%-ə çatacaq ki, bu da sistemin maliyyə dayanıqlığının güclənməsinə səbəb olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR