İspaniya senatında Azərbaycana həsr olunmuş konfrans dünyanın nüfuzlu media orqanlarında geniş işıqlandırılıb

İspaniya senatında Azərbaycana həsr olunmuş konfrans dünyanın nüfuzlu media orqanlarında geniş işıqlandırılıb
# 03 dekabr 2012 15:28 (UTC +04:00)

Bakı - APA. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü və təşkilati dəstəyi ilə İspaniya Senatında Azərbaycanla İspaniya arasında tərəfdaşlığın genişləndirilməsinə, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə həsr edilmiş “Azərbaycan bu gün Avropadadır. Azərbaycan ilə İspaniya arasında etimadın tənzimlənməsi” mövzusunda konfrans dünyanın nüfuzlu media orqanları tərəfindən geniş işıqlandırılıb.

APA-nın məlumatına görə, 230-dan çox mətbuat orqanında, o cümlədən CNBC, Wall Street Journal, Business Journal, Yahoo!, Austria Presse Agentur, Deutsche Presse Agentur, Focus, ADVFN France, Biz-Affaire kimi resurslarda konfrans haqqında geniş bəhs edilir.

Qeyd edək ki, noyabrın 22-də keçirilmiş konfransın gedişində uzunmüddətli münaqişə ilə bağlı məlumatlılığın artırılması üçün İspaniya Senatında tezliklə Dağlıq Qarabağdakı vəziyyətə dair yeni qətnamənin irəli sürüləcəyi elan olunub.

E. Süleymanov çıxışında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana 431 milyard dollardan artıq dəyərdə maddi ziyan vurduğunu qeyd edib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə çağıran BMT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələrin heç birinin yerinə yetirilməməsini qınayıb. Konfransda Dağlıq Qarabağa dair BMT qətnamələrin hüquqi mülahizələri ilə bağlı canlı debat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR