İqtisadiyyat Nazirliyi media əməkdaşlarını təltif etdi - APA TV DƏ TƏLTİF EDİLDİ - VİDEO

İqtisadiyyat Nazirliyi media əməkdaşlarını təltif etdi - APA TV DƏ TƏLTİF EDİLDİ  - VİDEO
# 06 noyabr 2023 22:20 (UTC +04:00)

İqtisadiyyat Nazirliyində televiziya işçiləri və nazirliyin nümayəndələrinin iştirakı ilə 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Gününə həsr edilmiş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, müasir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişaf müxtəlif sahələrə, o cümlədən medianın inkişafına münbit zəmin yaradıb. Mediaya müxtəlif dövlət dəstəyi tədbirlərinin, qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, televiziya və radio xalqımızın mədəniyyətini, ictimai-siyasi həyatını, qazandığı nailiyyətləri yerli və beynəlxalq auditoriyaya təqdim edir, dünyanın mədəniyyət, elm, təhsil nümunələrini Azərbaycan izləyicisinə çatdırır. O cümlədən, iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin özəl sektorun inkişafında, cəmiyyətin, sahibkarların bu yöndə maarifləndirilməsində televiziya və radio işçilərinin mühüm töhfələri, böyük zəhməti var. Daha sonra çıxış edən televiziya əməkdaşları dövlət tərəfindən medianın inkişafına göstərilən dəstəyin jurnalistlər və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini, ölkəmizin sosial-iqtisadi inkişafı naminə bundan sonra da səylə çalışacaqlarını bildiriblər. Tədbirdə iqtisadiyyatla bağlı keyfiyyətli süjet, xəbər və verilişlərin ərsəyə gəlməsində yaradıcılıqları və təşəbbüsləri ilə fərqlənən bir sıra televiziya işçiləri Nazirliyin Fəxri Fərmanı ilə təltif olunub, onlara xatirə hədiyyəsi təqdim edilib. Hədiyyələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən ənənəvi İncəsənət Mərkəzinin ən füsunkar milli ornament elementlərimizdən olan nar əsasında işlənmiş unikal sənətkarlıq nümunələrindən ibarət olub. Xatırladaq ki, Mərkəz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə əməkaşlığın nəticəsi olaraq 2012-ci ildən fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR