Ukraynada vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb

Ukraynada vertolyot qəzaya uğrayıb, 5 nəfər ölüb
# 25 dekabr 2012 22:05 (UTC +04:00)

Bakı-APA. Ukraynanın Kirovoqrad vilayətində daxili qoşunlara məxsus “Mi-8” tipli vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

APA-nın verdiyi xəbərə görə, Ukrayna DİN-i bildirib ki, vertolyot yerdən qalxandan sonra naməlum səbəbdən qəflətən enməyə başlayıb və yerə düşüb. Hadisə nəticəsində 3 nəfər ekipaj üzvü və 2 nəfər yerdə texniki xidmət əməkdaşları ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR