İqtisadi inkişaf naziri İranın Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadi inkişaf  naziri İranın Azərbaycandakı səfiri ilə görüşüb
# 09 dekabr 2012 00:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İqtisadi inkişaf naziri Şahin Mustafayev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, M. Pakayin bildirib ki, İran Azərbaycanla iqtisadi və ticarət sahələrdə hər cür əməkdaşlığa hazırdır: “İki ölkə ictimai-siyasi münasibətlərlə birgə iqtisadi əlaqələri də inkişaf etdirə bilərlər”. Səfir İranla Azərbaycan arasındakı nəqliyyat və ticarət mübadilələri, o cümlədən gömrük sahəsində yaranan bəzi problemlərə də toxunub: “Ümid edirəm ki, iki ölkə arasında iqtisadi sahələrdə əldə olunmuş razılaşmalar icra olunacaq”.

Ş. Mustafayev də öz növbəsində vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər tarixi, mədəni, dini və qonşuluq ortaqlıqlarına söykənərək inkişaf edir: “Hazırda Azərbaycanda qeydiyyatda olan təxminən 200 İran şirkəti fəaliyyət göstərir. İki ölkə arasında indiyədək təxminən 80 əməkdaşlıq sənədi imzalanıb. Əməkdaşlığın inkişafı üçün xeyli zəmin mövcuddur. Ümid edirəm ki, iki ölkə arasındakı əməkdaşlıq müxtəlif iqtisadi sahələrdə də genişlənəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR