Yəmənin paytaxtında 3 xarici turist girov götürülüb

Yəmənin paytaxtında 3 xarici turist girov götürülüb
# 21 dekabr 2012 22:39 (UTC +04:00)

Bakı-APA. Naməlum şəxslər Yəmənin paytaxtı Sana şəhərində 3 xarici vətəndaşı oğurlayıb. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, üzlərinə maska taxılmış 4 silahlı avtomobildə şəhərin paytaxtında yerləşən mağazaya gəlib və orada biri qadın olmaqla 3 əcnəbi turisti girov götürərək naməlum istiqamətdə aparıblar. Turistlərin vətəndaşlığı hələlik müəyyən olunmayıb.


İnsan oğurluğu Yəməndə tez-tez baş verir. Adətən, yerli tayfaların nümayəndələri bu cür addımları yerli hakimiyyəti onların həbsdə olan qohumlarını azad etməyə məcbur etmək niyyəti ilə və ya yaşadıqları regionda infrastrukturu yaxşılaşdırmaq tələbi ilə atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR