TQDK bu həftə “Şagird-məzun elektron məlumat bazası”nı təqdim edəcək

TQDK bu həftə “Şagird-məzun elektron məlumat bazası”nı təqdim edəcək
# 17 dekabr 2012 10:26 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu həftə “Şagird-məzun elektron məlumat bazası”nı təqdim edəcək. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, TQDK tərəfindən 2012-2013-cü tədris ili üçün “Şagird-məzun” bazasının formalaşdırılması işinə başlanılıb.

Bu məqsədlə Komissiya ümumi və tam orta təhsil müəssisələrinin buraxılış siniflərinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” bazasına daxil edilməsi üçün respublikanın rayon və şəhərlərində məsul şəxslərlə seminar-məşğələlər təşkil edir.

Qeyd edək ki, bu internet səhifəsi əsas və ya tam orta təhsil müəssisələrinnin buraxılış siniflərində təhsil alan şagirdlərin məlumat bazalarının dəqiqləşdirilməsi üçün planlaşdırılıb və sistemdən istifadəçi kimi rayon (şəhər) təhsil şöbələri və təhsil müəssisələrinin məsul işçiləri (istifadəçilər) və buraxılış siniflərinin şagirdləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR