Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin sabiq rəisi və digərlərinin şikayəti təmin olunmayıb

Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin sabiq rəisi və digərlərinin şikayəti təmin olunmayıb
# 30 noyabr 2012 08:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apelyasiya Məhkəməsində rüşvət almaqda ittiham olunan Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Etibar Nuriyev, həmçinin Cəlilabad hərbi Komissarlığının əməkdaşları – Pərviz Rəcəbov və Kamil Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

İttihama görə, Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Onun barəsində Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 311.3.2-ci (vəzifəli şəxs rüşvət almanı təkrar törətmək) və 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, Etibar Nuriyev 2009-2010-cu illərdə Cəlilabad rayon hərbi komissarı vəzifəsini icra edib. Bu vəzifədə çalışarkən korrupsiya faktlarına yol verib. Araşdırmalar zamanı Pərviz Rəcəbov və Kamil Hüseynovun da eyni əməli törətmələri məlum olub. onlar çağırışçıların hərbi xidmətdən yayındırmaqla rüşvət almaları məlum olub.


Cəlilabad Hərbi Məhkəməsinin hökmü ilə Etibar Nuriyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Pərviz Rəcəbov 4 il, Kamil Hüseynov 3 il 6 ay müddətinə şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR