Şamaxıda minik maşını “KaMAz”a çırpılıb, sürücü ölüb

Şamaxıda minik maşını “KaMAz”a çırpılıb, sürücü ölüb
# 24 noyabr 2012 17:42 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov APA-ya bildirib ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı yolunun 114-cü kilometrliyində, Şamaxının Sabir qəsəbəsi ərazisində qeydə alınıb. Sabir qəsəbə sakini 1984-cü il təvəllüdlü Coşqun Mustafayev 90-LS-245 dövlət nömrə nişanlı “VAZ 21154” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yolun kənarında dayanmış Şamaxı sakini 1976-cı il təvəllüdlü Elbrus Zayidova məxsus 10-LR-361 dövlət nömrə nişanlı “KaMAz” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücü Coşqun Mustafayev dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR