Azərbaycanın Qusar rayonunda iki məktəbli itkin düşüb

Azərbaycanın Qusar rayonunda iki məktəbli itkin düşüb
# 04 dekabr 2012 13:31 (UTC +04:00)

Qusar rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Qusar rayonunun Həzrə kənd sakinləri, Monqolov İmran Vüqar oğlu və Babalıyev Rakim Hafiz oğlu noyabr ayının 27-də məktəbə getmək adı ilə yaşadığı evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Qusar rayon Polis Şöbəsinin əməkdaşları onların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hər iki şəxs orta məktəb şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR