Litvanın baş naziri Azərbaycana səfər edəcək

Litvanın baş naziri Azərbaycana səfər edəcək
# 18 dekabr 2012 12:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Litvanın baş naziri Alqirdas Butkeviçyus gələn il fevralın sonlarında Azərbaycana səfər edəcək. APA-nın baltic-course.com-a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Azərbaycanın Litvadakı səfiri Həsən Məmməzadə ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Azərbaycan bir çox ölkədə investisiya yatırımları edir: “Azərbaycan investisiyasını Litvaya da cəlb etmək lazımdır. Bu baxımdan nazirlərin, həmçinin biznes nümayəndələrinin fevralın sonlarına yaxın Azərbaycana səfəri gözlənilir”.

Səfir H. Məmmədov Litva nümayəndə heyətinin səfərindən sonra Azərbaycan nümayəndə heyətinin də bu ölkəyə səfərinin planlaşdırıldığını deyib. Səfər gələn ilin aprel ayına nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR